Azərbaycan telekanalında dava: “Bakirə olmayan qadınla ailə qurarsınız? ” – VİDEO

“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində mübahisə yaşanıb

Turkustan.info xəbər verir ki, proqramda mədəniyyət və “mədəniyyət” mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Verilişin qonağı olan  təhsil şirkətinin nümayəndəsi Mirzeynal Abdullayev Qərb mədəniyyətini tənqid edib:

“Sual verirlər ki, “siz qız olmayan xanımla ailə qurmağa razı olarsınız?” Sualda boşanmış qadın nəzərdə tutulmur. Burada söhbət bakirə olmayan qadından gedir. Oğlan rahatlıqla problemin olmadığını deyir. Sən bunu həyat yoldaşı edirsən, onun keçmişi sənə maraqlı deyil. Deməli, hər şeyin gələcəkdə ideal olacağına əminsən?!”

Verilişə dəvət alan şair Arzu Əsədov isə onun bu çıxışına narazılığını bildirib: “Bunun əksinə olmayacağına əminsən? Sən ümumiyyətlə, insanın bəşəri haqlarına əməlli başlı, məhkəməlik şəkildə təcavüz edirsən. İnsanlar ərə gedər, boşanar… O sözləri dindar olaraq bu şəkildə dilinə gətirməli deyilsən. Bütün bunlar qadına qarşı vəhşiliyin, təcavüzün əsasını qoyur”.

“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişi həftədə iki dəfə – 4-cü və 5-ci günlər saat 21:45-də efirə gedir. 

Xatırladaq ki, verilişin informasiya dəstəkçisi Minval.İnfo saytıdır.