Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Səmərqənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

Əvvəlki“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi yeni layihənin icrası ilə bağlı qədim tarixi mədəniyyətə malik Basqal qəsəbəsində çəkliş aparıb
NövbətiErsin Tatar Bakının azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib