Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşünün vaxtı açıqlanıb

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar MəmmədyarovMövlud Çavuşoğlu və David Zalkaliani arasında növbəti 8-ci görüş oktyabr ayında Tbilisi şəhərində keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə E.Məmmədyarov və D.Zalkaliani arasında Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutan görüşdə bildirilib.

Görüşdə üçtəfəli görüşlə bağlı təşkilatı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son 7-ci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.