“Azərbaycan Dəmir Yolları” QSC ölkənin dəmir yollarında yeni yoldəyişənlər quraşdırır.

“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,ölkənin dəmir yollarında yeni yoldəyişənlər quraşdırır.

"Hal-hazırda yeni yoldəyişənlər Poylu və Gəncə stansiyalarında
quraşdırılır. Dəmir yolunun hərəkət sistemində son dərəcədə
böyük əhəmiyyət kəsb edən yoldəyişən qurğuların saz
vəziyyətdə olması hərəkətin təhlükəsizliyinə zəmanət verən əsas
amillərdən biridir. 2015- ci ildən dəmir yolunda icrasına start
verilən əsaslı islahatlar çərçivəsində yeni quruluşlu
yoldəyişənlərin istehsalata tətbiqi də ciddi məsələ kimi qarşıya
qoyulmuş, Bakı-Gəncə istiqamətində bu yeniləşmələr uğurla
həyata keçirilmişdir. Avqust ayının 5-dən etibarən Gəncə-Böyük
Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun
təzələnməsinə start verilib. Əvvəlkilərdən fərqli olaraq dəmir-
beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin
təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır. Bu
günə qədər 13 ədəd yoldəyişən təzələnib və hazırda Poylu
stansiyasında 4 ədəd və Gəncə stansiyasında 10 ədəd yeni
qurğunun qoyuluşu həyata keçirilir. Proseslər ardıcıl şəkidə
davam etdiriləcəkdir".
Yoldəyişən qurğuların yenilənməsi işlərini “Azərbaycan Dəmir
Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu
Müəssisələri icra edirlər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkət xidməti
şöbəsinin rəisi Elçin Məmmədov yeni və müasir standartlara
cavab verən yeni yoldəyişən qurğular dəmir yoluna və qatarlara
faydası ilə bağlı danışıb.
Onun sözlərinə görə, ümumiyyətlə yol dəyişən qurğular dəmir
yolunda istifadə olunan texniki qurğudur: “Yol dəyişənin
funksiyası qatarın hərəkətini istiqamətləndirməkdən ibarətdir.
Yol dəyişənlər markalara bölünürlər, markaları dəyişdikcə onun
texniki ölçüləri də dəyişir. Bunun üzərində hərəkət edən hərəkət
vasitəsinin sürətinə də təsir etmiş olur, Poylu istiqamətində
gedən yol dəyişənlər müasir tipli yoldəyişənlərdir. Sovetlər
dönəmində istifadə olunan yol dəyişənlərin alt hissəsi taxta
şpallardan ibarət idi. Bu gün Azərbaycanda istifadə olunan, yeni

quraşdırılan yol dəyişənlər beton tirlərin üzərində yerləşdirilir.
Bu, müasir standartlara uyğun yol dəyişənlərdir. Baş yollarda
yerləşdirilən bu yoldəyişənlər baş yolların sürətinə birbaşa təsir
göstərir. Yəni, qatarın yüksək sürətlə hərəkət etməsinə şərait
yaradır".
E.Məmmədov qeyd edib ki, qatar stansiyaya daxil olanda
hərəkət sürətini azaltmalıdır: “Çünki stansiyalarda hərəkət sürəti
var. Mənzillərdə hərəkət sürəti ilə stansiyalarda olan hərəkət
sürəti fərqlidir. Ona görə, mənzillər iki yollu və düz sahə kimi
olur. Orada buraxıla bilən sürətə qədər qatar sürət yığa bilir.
Yəqin ki, saatda 100 km-ə qədər yığa bilir. Amma qatar
stansiyaya yaxınlaşdıqda, stansiyanın içində və ya yolun
üzərində tikili qurğular var. Burada artıq qatar sürətini azaltmaq
məcburiyyətində qalır. Əgər istismara yararsız yoldəyişəndirsə,
yol dəyişənin üç zonası, hissələri var. Əgər hissələrin hansısa
birində çatışmazlıq olarsa, həmin yoldəyişənin üzərindən
buraxılan hərəkət tərkibinin sürəti məhdudlaşdırılır”.Qeyd edək ki, yoldəyişənlər ölkəyə sifarişlə Qazaxıstan və Rusiyadan gətirilir.