Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar

Accsess Bank barədə vətəndaş şikayətləri səngimək bilmir.  Ən çox problemli kreditləri olan banklar sırasında önlərdə olan bankın zaman-zaman vətəndaşlarla məhkəmə prosesləri xəbər portallarında ictimailəşir.

Belə vətəndaşlardan biri də Əhmədov Rəhman Qasım oğludur.  O, AzTimes.az  saytına bildirib ki, 2006- cı ildən etibarən  Accsess Bankın müştərisi olub. “Qaramanlı” ayaqqabı firmasının Azərbaycandakı rəhbəridir:

“Bakı şəhərində beşdən artıq mağazası olan şirkəti  daha da genişləndirmək, Azərbaycanda da sexlərin yaradılması məqsədi ilə dəfələrlə girov müqabilində bankın xidmətlərindən istifadə etmişəm. Hər dəfəsində də müqavilə vaxtından öncə krediti bağladığım üçün nümunəvi müştərilər siyahısında olmuşam. Bu əməkdaşlıq 2014-cü ilə kimi davam edib. Son dəfə  2014-cü ilin  doqquzuncu ayında   Accsess bankda olan bütün kreditlərimi  bitirmişəm. Lakin   ödənişlərimizin çox olduğundan mühasibim yalnışlıqla Accsess banka ödəniş etməkdə  davam etmişdir. Bütün artıq ödənişlər kredit hesabı bağlandığı üçün şəxsi hesabıma ödənilmişdir. (Buna baxmayaraq mən öz şəxsi hesabımda olan məbləği çıxara bilmirəm.)  Bunu görən  bank yetkililəri mənim razılığım və xəbərim olmadan adıma yeni kredit razılaşmaları rəsmiləşdirmişdilər.Bank əməliyyatçılarının dəfələrlə müdaxiləsinə baxmayaraq  hesabdan pulu çıxarmaq onlara müəssər olmamışdır.  Artıq ödəmə haqqında isə mənə bank tərəfindən heç bir xəbərdarlıq edilməmişdir.Burada iki versiya meydana çıxır:

1) Bank  o zamankı böhrandan yararlanmaq məqsədiylə bizim  adımıza əlavə kreditlər açıb.

2) Bizim ödədiyimiz əlavə məbləği mənimsəmək məqsədi ilə belə çirkin qanunsuzluğa əl atılıb ki, bunu da araşdırmaq  bank rəsmilərinin və hüquq-mühavizə orqanlarının vəzifəsidir.

 

2018-ci ildə Accsess bank mənə əsasız şəkildə  bankdan borc götürərək ödmədiyim bəhanəsi ilə  Qubadlı Rayon Məhkəməsində iddia qaldırmışdır. Birinci iclasda iştirak edərək banka olan borcu ödədiyimi qəbzlərlə göstərmişik. Bankdan sənədləri tələb etmişik . Birinci iclas icraata dayandırılıb. İkinci iclas bizə xəbərdarlıq edilmədiyindən iştirakımız olmadan qətnamə çıxarmışdır.

Səndlərdən də görüldüyü kimi  mənim heç bir zaman bu cür kontrakt nömrəm olmayıb.  Məhkəmə prosesinin gedişi zamanı məlum olmuşdur ki, bu dələduzluq əməli mənim Accsess Bankla əməkdaşlıq etdiyim müddət ərzində də baş vermişdir. Buna bariz sübut olaraq  əvvəlki sənədlərin(2006-2013-cü illər) mənə təqdim edilməkdən boyun qaçırılmasıdır. Sənədlər tələb edidiyində Onların məhv edildiyi bildirilir. Halbu ki, bu qanunsuzluqdur,sənədlərin 2023-cü ilə kimi qorunma müddəti vardır.

Bank rəsmiləri aşağıda göstərilən  sənədlərin üstünə gəlinərkən mövzunu tamamilə başqa səmtə çəkərək məsələdən yayınır. Bu sənədlər bankdaxili maxinasiyanın bariz sübutudur.

Əlimdə olan ödəmə qəbzləri  və  bank məmurlarının  bəzi sənədləri təqdim etməkdən yayınmalarından məlumdur ki, mən bankdan deyilən məbləği götürməmişəm. Mən ölkəmin qanunlarına, hüquq təminatçılarına güvənirəm. Bilirəm ki, gec , ya tez məhkəmə qanuni qərar verəcək. Lakin Accsess Bankın  məhkəməyə lazımi sənədləri təqdim etməməsi prosesin uzanmasına gətirib çıxarır. Mənim bu müddət ərzində itirdiklərim, suya düşən planlarımı yenidən qurmaq vaxt alacaq ki, bu da Azərbaycan iqtisadiyyatına vurulan zərbədir.”

Nəzərinizə çatdıraq ki, “Qaramanlı” firmasının Bakı şəhərində 4, Sumqayıt şəhərində 1 dükanı fəaliyyət göstərir. Sumqayıt şəhərində yerləşən fabrik ancaq kişi ayaqqabılarının istehsalını təşkil edir. Yaxın gələcəkdə qadın ayaqqabılarının da istehsalını planlaşdıran rəhbərlik bankla olan problemlərə görə bu ideyanı reallaşdıra bilmədiklərini deyir.  Bu proseslərə qədər “Qaramanlı” 80-dən  şox Azərbaycan vətəndaşının evinə çörək apardığı  təknə idi. Türkiyədən  bura cəlb ounan mütəxxəssislər də gözləmə mövqeyindədirlər. Hal-hazırda isə  məhkəmə proseslri davam etdiyi üçün şirkətin  fəaliyyəti iflic həddə çatıb,  70-dən çox işçisi ixtisara salınıb. Rəhman Əhmədovun girovları bank tərəfindən mənimsənildiyinə, məhkəmə proseslərinin davam etdiyinə görə digər bankların xidmətindən yararlana bilmir. İrəliləyən günlərdə baş verənləri nəzarətdə saxlayaraq sizə təqdim edəcəyik.

Qarşı tərəfin fikrini dinləməyə hazırıq.

Pərvin Abışova /AzTimes.az/

Əvvəlki“Azərbaycan Dəmir Yolları” QSC ölkənin dəmir yollarında yeni yoldəyişənlər quraşdırır.
NövbətiYerevan yaxınlığındakı yanğın 1,8 min hektar ərazini əhatə edir