Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçusu Elmar Qasımov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 100 kq çəki dərəcəsində rəqib İsveçrə təmsilçisi Daniel Ayx olub. Rəqibinə ipponla uduzan Qasımov 5-ci yerlə kifayətlənib.

Bununla da Azərbaycan millisi Avropa çempionatını 3 medalla başa vurub. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala yiyələnib.