Aydın Bəşirov Türkiyədə vəfat edib

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib.

Türk.az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat verib.

Bildirilib ki, A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib. Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətiriləcəyi və sahab dəfn ediləcəyi gözlənilir.

Qeyd edək ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. O, 2013-cü ilin oktyabrın 22-dək bu vəzifədə işləyib.

Əvvəlkiİranda etiraz aksiyalarında iştiraka görə 20 nəfər saxlanılıb
NövbətiAzərbaycan Ordusunun hərbi hissələrində “Açıq qapı günü” keçirilir