AYB-nin qurultayı: Yazıçılar İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Yazıçılar Birliyinin üzvləri və XIII qurultayın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, müraciəti  AYB-nin katibi İlqar Fəhmi oxuyub.

Müraciətdə yazıçılar Azərbaycanın tarixi qələbəsinə, ədəbiyyat sahəsinə göstərdiyi diqqət və qayğısına görə ölkə Prezidentinə təşəkkür ediblər.