Avropada qazın qiyməti 1 081 dollar olub

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün təxminən 1 081 ABŞ dolları olub.

“Report” xəbər verir ki, bunu ICE birjasının məlumatları təsdiq edir.

Niderlandın TTF qovşağında ticarət sessiyasının əvvəlində dekabr fyuçerslərinin qiyməti min kubmetr üçün 1 050 ABŞ dolları təşkil edib və gün ərzində qiymət 1 060-1 080 ABŞ dolları arasında dəyişib.