Avropa Oyunları: Azərbaycanın bir boksçusu 1/4 finala yüksəlib, ikisi mübarizəni dayandırıb

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında ikinci döyüşünü keçirib.

“Report”un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, ilk görüşündə Kevin Şumannı (Almaniya) mübarizədən kənarlaşdıran idmançı 1/8 finalda Nikita Niystedi (Finlandiya) sınağa çəkib.

Qarşılaşma Allahverdiyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.

O, 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.

ƏvvəlkiÜç güləşçimiz U-20 Avropa çempionatının finalına vəsiqə qazanıb
NövbətiOstankino qülləsindəki ziyarətçilər bomba təhlükəsi ilə bağlı təxliyə edilib