Avropa Oyunları: Azərbaycan kikboksçusu yarımfinala yüksəlib

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.

Trend-in yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 63.5 kq-da “full-contact” növündə mübarizə aparan idmançı 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər kikboksçusu Elşad Şahbazov (80 kq) da rinqə çıxacaq.

ƏvvəlkiXİN başçısı: “Rusiya taxıl müqaviləsini uzatmaq üçün heç bir səbəb görmür”
NövbətiXİN: Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib