Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi turnirin keçirildiyi Slovakiyanın Koşitse şəhərindən Vətənə qayıdıb.

“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında minifutbolçuları idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və minifutbolsevərlər qarşılayıblar.

Qeyd edək ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Avropa çempionatının finalında Rumıniyanı məğlubiyyətə uğradıb – 1:0. Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.

ƏvvəlkiƏlillik təyinatına əsas yaradan xəstəliklərin siyahısı genişləndirilib
NövbətiFormula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının pilotu Maks Ferstappenin qələbəsi ilə başa çatıb