Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Azərbaycan cüdoçusu Nazir Talıbov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu gün start götürən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 60 kq-da çıxış edən idmançı finalda öz komanda yoldaşı Kənan İsmayılova qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlardan isə 48 kq-da yarışan Könül Əliyeva ikinci yeri tutub. O, yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, ilk gündə Azərbaycanın ümumilikdə 9 cüdoçusu tatami üzərinə çıxıb.