Avqustun 31-də Moskvada Rusiya və Türkiyə XİN başçılarının görüşü olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 31-də Moskvada danışıqlar aparacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat daxil olub.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, yaxın vaxtlarda Moskvada iki ölkənin nazirləri arasında danışıqlar aparılacaq.

ƏvvəlkiBakıdan Xankəndiyə 40 ton humanitar yardım aparan karvan Ağdama çatıb
NövbətiBu gün 1 939 ibtidai sinif müəllimi sertifikasiya imtahanı verib