Ata Abdullayev barəsində həbs qətimkan tədbiri seçildi

Səbail Rayon Məhkəməsində özünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

“Report” xəbər verir ki, məhkəmə təqdimatı təmin edib.

A.Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətininin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Mediada onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb.

ƏvvəlkiAzərbaycanda koronavirusdan 234 nəfər sağalıb, 603 yeni yoluxma faktı qeydə alınıb
NövbətiTürkmənistan parlamenti “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu ratifikasiya edib