Aşqabadda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert olacaq

Azərbaycan Respublikasının Türkmənistan Respublikasındakı səfirliyi noyabrın 28-də ölkənin Dövlət Mədəniyyət Mərkəzinin Muğam Mərkəzində “Heydər Əliyev – Azərbaycan-Türkmənistan qardaşlığı” adlı konsertin keçiriləcəyi ilə bağlı məlumat yayıb.

AZƏRTAC Türkmənistan KİV-ə istinadla xəbər verir ki, konsert Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Konsert proqramında “Mukam” (Muğam) vokal-musiqi qrupu iştirakçılarının və Resul Klıçevin rəhbərliyi altında Türkmənistan Dövlət Simfonik Orkestrinin çıxışları nəzərdə tutulub.

ƏvvəlkiPrezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib
NövbətiQazaxda ”Sazlı-sözlü kəlağayı günləri” keçirilib