Arif Məlikovun abidəsi ucaldıldı

Xalq artisti Arif Məlikovun məzarı üstündə abidəsi ucaldılıb.

Bu barədə APA-ya abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov məlumat verib.

O bildirib ki, mərhum bəstəkarın qəbirüstü abidəsi ildönümü ərəfəsində ucaldılıb:

“Sadəcə karantinə görə bir neçə nəfərlə məzarını ziyarət etdik, geniş açılış mərasimi keçirilmədi”.

Qeyd edək ki, Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib. O, Fəxri Xiyabanda dəfn edilib.

ƏvvəlkiSamir Şərifov Milli Məclisə gəldi
Növbəti“Dərs vaxtı”nın 3 iyun cədvəli dərc edildi