Antiterror tədbirləri zamanı şəhid olan İlkin Qarayevlə Samuxda vida mərasimi keçirilir

Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan Qarayev İlkin Yusif oğlu ilə Samux rayonunun Seyidlər kəndində vida mərasimi keçirilir.

“Report”un Qərb bürosunun məlumatına görə, vida mərasimində şəhidin yaxınları, hərbçilər, Samux rayonun idarə və təşkilat rəhbərləri, polis əməkdaşları və sakinlər iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra şəhid Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, İlkin Qarayev 9 ayın əsgəri olub. O, sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Əvvəlki“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub
NövbətiAzərbaycan və Fransa parlamentlərinin sədrləri Dublində görüşüblər