Antalyada meşə yanğınlarından zərər çəkənlərin sayı 62 nəfərə çatıb

Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınlarından zərər çəkmiş şəxslərin sayı 62 nəfərə çatıb.

Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

Daha əvvəl Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli 53 nəfərin zərər çəkdiyini bildirmişdi.

Yanğının turizm obyektləri üçün təhlükə törətmədiyi qeyd edilib.

ƏvvəlkiAzərbaycan Ordusu iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir
NövbətiBANM-in 6 məzunu Almaniya hökumətinin təqaüdünü qazanıb