Ankarada İran səfiri binadan uzaqlaşdırıldı

Türkiyənin təhlükəsizlik orqanlarına İranın Ankaradakı səfirliyinə terror hücumu ediləcəyi barədə məlumat daxil olub.

Türk.az xəbər verir ki, səfirliyin yerləşdiyi Tehran küçəsində dərhal əməliyyat başladılıb.

Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Səfir binadan uzaqlaşdırılıb, təhlükəsizlik tədbirləri gücləndirilib.