Ankarada baş verən yol qəzasında 21 nəfər xəsarət alıb

Türkiyənin paytaxtı Ankaranın Polatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 21 nəfər yaralanıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, qəza Polatlı-Ankara yolunun Polatlı rayonunun Karapınar məhəlləsindəki xəstəxana qovşağında baş verib.

Belə ki, şirkət işçilərini daşıyan xidməti avtomobil əvvəlcə minik, daha sonra yük maşınına çırpılıb.

Xəsarət alanlar içərisində 8-12 yaşlarında 7 uşaq da var.

Qəzadan sonra Ankara-Polatlı yolu 1 saatlıq nəqliyyata bağlanıb, hadisə ilə bağlı araşdırma başlanıb.

ƏvvəlkiRusiyada Priqojinin olduğu təyyarə qəzaya uğrayıb, 10 nəfər ölüb
NövbətiÖzbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb