Anjey Kaspşik 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin edilib

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı bir il müddətinə uzadılıb.

Bu barədə “Report”a müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib.

“Səfir Anjey Kaspşiki münaqişə üzrə şəxsi nümayəndəm təyin etdim, Minsk prosesinə inanırıq və uğur üçün lazım olan dəstəyi davam etdirəcəyik”, – M.Layçak deyib.

Beləliklə, polşalı diplomat 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Qeyd edək ki, A.Kaspşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutur.

ƏvvəlkiErmənilərin Sumqayıtda törətdikləri təxribatdan 31 il ötür
NövbətiPrezident İlham Əliyev fiziki şəxslərin problemli kreditlərinin həllinə dair Fərman imzalayıb