ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən ay piyada əleyhinə 545, tank əleyhinə 85 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı təqdim edib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 338, tank əleyhinə 154 mina və 1389 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 408 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ümumiyyətlə, ötən il noyabrın 10-dan oktyabrın 31-dək piyada əleyhinə 10 min 200, tank əleyhinə 4329 mina və 12 min 436 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 5944 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

ƏvvəlkiTürk Şurası ölkələrinin baş prokurorları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
NövbətiBu gündən Bakıdan regionlara sərnişindaşımada II doza peyvənd tələb olunur