“Anam kəlağaylı bir muğamıydı…” adlı konsert tədbiri keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 26 noyabr Kəlağayı gününə həsr olunmuş “Anam kəlağaylı bir muğamıydı…” adlı konsert tədbiri keçiriləcək.

26 noyabr 2023 cü ildə baş tutacaq konsertdə saat 16:00-da kəlağayıya aid rəsm əsərlərinin sərgisi keçiriləcək, saat 17:00-da isə konsert proqramı təqdim ediləcəkdir. Konsertdə milliliyimizin simvolu olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək.
Biletləri iticketaz sayıtından əldə edə bilərsiniz.

https://iticket.az/en/events/concerts/anam-kelagayli-bir-mugamiydi-s/102938

Əvvəlkiİraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfərə gəlib
NövbətiAzərbaycan boksçusu ikiqat Avropa çempionu olub