Altay Respublikasında helikopter qəzaya uğrayıb, 6 nəfər həlak olub

Altay Respublikasında göyərtəsində sərnişinlərin olduğu Mi-8 helikopteri qəzaya uğrayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, respublikanın tibb xidmətləri tərəfindən yayılan məlumata görə, qəza nəticəsində 6 nəfər həlak olub.

“Altay Avia” hava yollarına məxsus helikopterin eniş edərkən elektrik naqillərinə dəydiyi, yerə çırpıldığı və yandığı bildirilir. Təyyarədə 13 nəfər olub, onlardan 6-sı hadisə yerində ölüb, daha 7 nəfər yaralanıb.

ƏvvəlkiZəngilanda və Bakıda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Növbətiİcma: Beynəlxalq ictimaiyyət Ermənistanın manipulyasiyasını rədd etməli, qayıdış hüququmuzu dəstəkləməlidir