Almaniya Ukraynaya “Leopard” döyüş tanklarını göndərmək qərarına gəlib

Almaniya kansleri Olaf Şolts aylarla davam edən müzakirələrdən sonra Ukraynaya “Leopard 2” döyüş tankları tədarük etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə “Der Spiegel” nəşri xəbər verib.

Məlumata əsasən, söhbət “ən azı bir rota “Leopard 2A6″ tanklarından” gedir. Digər müttəfiqlər, o cümlədən Skandinaviya ölkələrindən olanlar da “Leopard 2” döyüş tanklarını Kiyevə keçirmək istəyirlər. Nəşr qeyd edib ki, Almaniya hökuməti başqa ölkələrə, xüsusən də Polşaya məxsus bu cür texnikanın ixracına icazə verməyi planlaşdırır.