Almaniya özbaşına cəzalandırmaya dözməyəcək

Dünən Almaniyanın Xemnits şəhərində baş vermiş iğtişaşlarda 18 nümayişçi və 2 polis məmuru xəsarət alıb.

Türk.az avropa mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər polisinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, “Pro Chemnitz” hərəkatına qatılmaq üçün Berlin, Brandenburq, Turingiya, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliyadan nümayişçilər axışıb.

Küçələrdə sosialistlər və millətçilər arasında toqquşma baş verib.

Polis nümayəndələri küçə aksiyalarının miqyasını düzgün qiymətləndirmədiklərini etiraf ediblər.

ƏvvəlkiAğdam və Gədəbəy rayonlarına yeni icra başçıları təyin olunub
NövbətiLerikdə zəlzələ baş verdi