Aİ Şurası Belarusa qarşı sanksiyaları bir il müddətinə uzadıb

Avropa İttifaqı Şurası Belarusa qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şuranın bəyanatında deyilir.

Qərar Belarusdakı vəziyyətin illik təhlili əsasında qəbul edilib. Sanksiyalar 2024-cü il fevralın 28-dək qüvvədə olacaq.

Qeyd edək ki, Belarusla bağlı “qara siyahı”ya 195 nəfər və 34 təşkilat daxildir.

ƏvvəlkiPrezident: 2023-cü ilin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacağına ümid edirik
NövbətiAzərbaycan Prezidenti: Biz düşmənçilik səhifəsini tezliklə çevirmək üçün konstruktiv iş aparmaq əzmindəyik