Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək

İyulun 19-da Brüsseldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının 18-ci iclası keçiriləcək.

Trend-in Avropa Şurasına istinadən verdiyi məlumata görə, Aİ-nin nümayəndə heyətinə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrell rəhbərlik edəcək.

İclas iştirakçıları Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə işlərin vəziyyətini və gələcək addımları müzakirə edəcək, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri və sektoral əməkdaşlığına, eləcə də Şərq Tərəfdaşlığı və İqtisadi və İnvestisiya Planının həyata keçirilməsinə diqqət yetirəcəklər.

Bundan sonra siyasi məsələlər, o cümlədən regional məsələlər, demokratiya, qanunun aliliyi və insan haqları ilə bağlı fikir mübadiləsi aparılacaq.

ƏvvəlkiPrezident İlham Əliyev Çex Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
NövbətiÇempionlar Liqası: “Qarabağ” “Lex”i darmadağın edərək mərhələ adlayıb