Ağsuda Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Ağsu rayon Təhsil şöbəsinin müdiri Səftər Əliabbasov vəzifəsindən azad edilib.

Türk.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Məlumata görə, S.Əlabbasov öz ərizəsi ilə işdən azad olunub. Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, S.Əlabbasov 2017-ci ildə Ağsu rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.

ƏvvəlkiAzərbaycanın MDB PA-da nümayəndə heyətinin yeni tərkibi – SİYAHI
Növbəti“Azərpoçt” MMC tərəfindən daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulu bərpa edildi