Ağsuda dağlıq ərazidə yanğınsöndürmə tədbirləri davam edir

Məlumat verildiyi kimi, Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və ərazinin çətin keçidli dağlıq ərazi olması səbəbindən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işlərində texnika ilə yanaşı, əl ilə söndürmə üsulundan istifadə olunur.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiSənaye məhsulunun 69,1 faizi mədənçıxarma sektorunda istehsal edilib
NövbətiSOCAR-ın prezidenti Özbəkistanın energetika naziri ilə görüşüb