Ağdamda 6 nəfər minaya düşüb, ölənlərin sayı 2-yə çatıb

Ağdam rayonunda 6 nəfər minaya düşüb.

“Report”un xəbərinə görə, hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.

Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu – 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.

Nəticədə Razi Hüseynov ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri – Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.

Hadisə nəticəsində 7 yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.

Hadisə nəticəsində xəsarət alanlardan biri – 1987-ci il təvəllüdlü Hüseynov Bayram Akif oğlu vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlkiİlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərində olublar
NövbətiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar