Ağdam rayonunda müsabiqə qalibləri mükafatlandırıldı

Bu gün, aprelin 29-də Ağdam dram teartında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin həyata keçirdiyi Vətən Müharibəsinin Balaca Şahidləri layihəsi çərçivəsində Ağdam rayonundan müsabiqiyə qatılan şagirdlərin mükafatlandırılması, layihə çərçivəsində hazırlanan kitabın və saytın təqdimat tədbiri keçrildi.

Tədbiri giriş sözü ilə açan “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin sədri, Vətən Müharibəsinin Balaca Şahidləri layihəsinin rəhbəri Aydın Zeynalov içtirakçıları salamladıqdan sonra Ağdam rayonundan müsabiqiyə qatılan şagirdlərin arasından yer tutan qalibləri elan etdi. Layihə çərçivəsində nəşr olunan kitabı və saytı iştirakçılara təqdim etdi.

Xatırladaq ki, “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin həyata keçirdiyi Vətən Müharibəsinin Balaca Şahidləri layihəsi Bərdə, Ağdam, Tərtər rayonları və Gəncə şəhərindən olan orta məktəblərin 10 və 11 –ci sinif şagirdləri arasında keçrilib.

Müsabiqənin qaydalıarına görə Bərdə, Ağdam, Tərtər rayonları və Gəncə şəhərindən 4 nəfər birinci yerə, səkkiz nəfər ikinci yerə on iki nəfər üçüncü yerə layiq görülüb.

Qaliblərə qiymətli hədiyyələr, kitabda adı çıxan, lakin yer tuta bilməyən şagirdlərə isə Milli Dəyərlərin qorunmasına Ziyalıların dəstəyi – İctimai Birliyi-adından həvəsləndirici mükafatlar təqdim olundu.

Qaliblər:
1.Quluzadə Nuray- I Sarıcalı tam orta məktəb I yer
2.Əliyeva Səma-R.Məmmədov adına Mahrızlı kənd tam orta məktəb II yer
3.Mustafayeva Şəlalə-91 nömrəli tam orta məktəb II yer
4.Vəliməmmədli Xalidə – 97 saylı tam orta məktəb III yer
5.Məmmədzadə Jalə- 14 saylı Texniki Təmayüllü Liseyi III yer
6.Cəfərzadə Aysu-Müşfiq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəb III yer
Həvəsləndirici mükafatlar:
1.Məmmədova Nazpəri-II Baharlı qəsəbə tam orta məktəb
2.Abbasova Gülbəniz-Zəngişalı kənd orta məktəb
3.Yusifli Aygün- I Sarıcalı tam orta məktəb
4.Məmmədova Qaratel-91 nömrəli tam orta məktəb
5.İsgəndərova Nərmin- I Baharlı qəsəbə tam orta məktəb

Tədbirdə- Milli Dəyərlərin qorunmasına Ziyalıların dəstəyi – İctimai Birliyi-nin sədri Aydın Zeynalov, Layihə üzrə məsləhətçi Əhliman Hümbətov Ağdam təhsil idarəsinin müvani İsmayil müəlllim, 91 nömrəli tam orta məktəbin direktoru Nemət müəllim, şagirdlər və onların valideynləri iştirak etdi.

Sonda tədbir iştirakçılarına “Balaca Şahidlər”kitabı paylanıldı.