Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Müraciət etmək üçün Elm və Təhsil Nazirliyinin saytındakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq lazımdır.

Vakansiya seçimi üçün son müraciət tarixi 19 avqust saat 18:00 müəyyən olunub.

ƏvvəlkiMilli dəyərlərimizdən olan kəlağayı
NövbətiPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbət ediblər