AFFA klublarımızın avrokubok oyunlarına azarkeşlərin buraxılmasına razılıq aldı

Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

“Report”un məlumatına görə, AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən ilk olaraq, “Neftçi” Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qəbul edəcək. İyulun 14-də “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlanacaq.

İyulun 22-də “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda İsrail “Aşdod”u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçına çıxacaq. Bu görüş saat 20:00-da başlanacaq.

“Sumqayıt” eyni mərhələdə Serbiya “Çukariçki”si ilə, “Keşlə” isə Rusiya “Soçi”si ilə ev oyunlarını iyulun 29-da keçirəcək.

ƏvvəlkiŞəhriyar Məmmədyarov Harri Kasparovu 7 gedişə məğlub etdi
NövbətiAzərbaycandakı dini konfessiyaların rəhbərləri Şuşada