“Aeroflot” Gəncəyə uçuşlara başlayır

Martın 5-dən “Aeroflot” aviaşirkəti Şeremetyevo hava limanından Gəncəyə uçuşlara başlayacaq.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Şeremetyevo hava limanının rəsmi teleqram kanalı məlumat yayıb.

Moskvadan Gəncəyə uçuşlar həftədə bir dəfə, bazar günləri həyata keçiriləcək.