Abşeronda əks yolda hərəkət edən avtomobil piyadanı vuraraq xəsarət yetirdi

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Hadisə şahidlərinin dediyinə görə, əks yolda hərəkət edən avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Əhmədov Ramil Mail oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlkiİlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər
NövbətiGəncədə Cavad xanın xatirəsi anılıb