ABŞ Ukraynaya göndərilən tanklardan bəzi texnologiyaları yığışdırır

ABŞ-ın Ukraynaya tədarük edəcəyi “Abrams” tanklarından bəzi texnologiyalar yığışdırılır.

“Report” xəbər verir ki, bu barədə “USA Today” nəşrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, bu səbəbdən Amerika tankları Ukrayna Silahlı Qüvvələrinin yaz hücumunda iştirak etməyəcək.

Belə ki, Vaşinqton texnologiyanın rus qoşunlarının əlinə keçə biləcəyindən ehtiyat edir.

ABŞ rəsmiləri və hərbi ekspertlərin fikrincə, bu, rusların tankı birini ələ keçirib kəşfiyyat üçün istifadə edəcəyi halda zəruri ehtiyat tədbiridir.

ƏvvəlkiAzərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib
NövbətiBu gün “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək