ABŞ Prezidenti İrana qarşı əməliyyat zamanı 49 liderin öldürüldüyünü açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana qarşı əməliyyatının ilk günündə İranın ən yüksəkvəzifəli 49 liderinin öldürüldüyünü açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

Donald Tramp deyib ki, Ayətullah Əli Xamenei hücumun səhəri səhər yeməyində yaxın ətrafı ilə görüşüb.

“Düşünürdük ki, İran rəhbərliyindən qurtulmaq üçün dörd həftə lazım olacaq. Bilirsiniz ki, onlar gizlənsələr bu, dörd həftədən daha uzun çəkir. Nə baş verdiyini eşidəndə şoka düşdük. Nə baş verdiyinə və harada baş verdiyinə dair dəqiq məlumatımız var idi”, – deyə Tramp əlavə edib.

ƏvvəlkiUkrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib
NövbətiCənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclasları keçiriləcək