ABŞ ordusuna İncirlik bazasından 12 il sonra kənara çıxmağa icazə verilib

ABŞ ordusuna İncirlik bazasından 12 il sonra kənara çıxmağa icazə verilib.

“Report” xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Hərbi qulluqçuların asudə vaxtlarında bazanı tərk etmələrinə qadağa 2011-ci ildə İŞİD terror qruplaşmasının təhlükəsi səbəbindən tətbiq edilib.

Hazırda bazada təxminən 1,2 min ABŞ hərbçisi var. Yanvarın 21-də qadağa başa çatıb və hərbçilər indi bazadan kənarda sərbəst hərəkət edə bilər.

2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqda əməliyyatı başladıqdan sonra bazanın şəxsi heyətinin sayı 20 min nəfərə çatıb.