ABŞ-dan İrana növbəti iqtisadi zərbə hazırlanır

ABŞ İran üçün SWIFT sisteminin söndürülməsi ilə bağlı danışıqlar aparır.

Türk.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib.

“Məqsədimiz odur ki, sanksiyalar altına düşən tranzaksiyalar nə SWIFT, nə də digər mexanizmlərdən keçsin. Sanksiyaların təsir qüvvəsinə malik olması hədəfimizdir”, – deyə o bildirib.

Qeyd edək ki, Vaşinqton SWIFT-in İran üçün, 2012-ci ildə olduğu kimi, söndürülməsini tələb edir. ABŞ SWIFT-in bunu etməyəcəyi təqdirdə ona qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

ƏvvəlkiABŞ Maliyyə naziri Stiven Mnuçin
Növbətidashkesen