ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edildi

ABŞ prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, ölkədə koronavirusun yayılması ilə əlaqədardır.

“Mən rəsmi şəkildə fövqəladə vəziyyət rejimi tətbiq edirəm”, – deyə ABŞ prezidenti bildirib.

Tramp qeyd edib ki, bu, virusla mübarizəyə 50 milyard ABŞ dolları ayırmağa imkan verəcək.