Yaxın günlərdə Bakı Dairəvi dəmir yolu tam istifadəyə verilə bilər

Novruz bayramına qədər Bakı Dairəvi dəmir yolu tam istifadəyə verilə bilər.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov bildirib.

Onun sözlərinə görə, hazırda bu marşrut üzrə hərəkətdə olan qatarın son dayanacağı Pirşağı stansiyasıdır:

Z.Novruzov qeyd edib ki, bu dayanacaqlar istifadəyə verildikdən sonra Bakı Dairəvi dəmir yolu tam olaraq fəaliyyət göstərəcək.

Xatırladaq ki, Bakı Dairəvi dəmir yolu xəttinin ümümi uzunluğu 91 km-i əhatə edir.

ƏvvəlkiPrezident İlham Əliyev deputat Aqiyə Naxçıvanlını təltif edib
NövbətiABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edildi