ABŞ ərəb koalisiyasını Yəmənə hava zərbələrini dayandırmağa çağırıb

ABŞ Səudiyyə Ərəbistanının himayəsi altında olan koalisiyanı Yəmənin bütün ərazilərinə hava zərbələrini dayandırmağa çağırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo bildirib.

“Husilərin nəzarət etdikləri ərazilərdə raket və uçuş aparatları zərbələri də daxil olmaqla, düşmən hərəkətlərinə son qoymaq vaxtı gəlib. Koalisiya Yəmənin bütün məskun edilmiş rayonlarındakı hava zərbələri dayandırılmalıdır”, – deyə Pompeonun bəyanatında bildirilir.

Dövlət katibi həmçinin tərəfləri münaqişəyə son qoymaq üçün və silahsızlaşdırılmış zonanı yaratmaq üçün “üçüncü ölkədə” Yəmən üzrə danışıqlar aparmağa çağırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ötən gün Yəmənin Turki əl-Maliki vilayətinə endirdiyi hava zərbəsi nəticəsində “Ənsar Allah” qruplaşmasının 150 üzvünün zərərsizləşdirildiyini bildirib. Üsyançıları məhv edən raket zərbəsi qruplaşmanın təlim-məşq bazasına endirilib.

Əvvəlki6 taekvondoçu dopinqdən istifadəyə görə cəzalandırılıb
NövbətiErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir