Ookla şirkəti ölkələr üçün internet sürətləri üzrə avqust ayı hesabatı dərc olunub

Ookla şirkəti ölkələr üçün internet sürətləri üzrə avqust ayı hesabatı yenilənmişdir. Hesabata əsasən dünya üzrə mobil və sabit genişzolaqlı internetin orta sürəti aşağıdakı kimi olmuşdur.

Ookla şirkəti ölkələr üçün internet sürətləri üzrə avqust ayı hesabatı

Mobil internet orta yükləmə sürəti 109,05 Mbps (DL), orta  köçürmə sürəti 13,96 Mbps (UL) qeyd edilmişdir. Sabit genişzolaqlı internetin orta yükləmə sürəti 129,68 Mbps (DL),  orta köçürmə sürəti 64,69  Mbps (UL) qeyd edilmişdir.

Ölkəmiz üzrə göstəricilər aşağıdakı kimidir.

Ookla şirkəti ölkələr üçün internet sürətləri üzrə avqust ayı hesabatı

Mobil internet üzrə reytinqdə ölkəmiz 1 pillə irəliləyərək 47-ci pilləyə qalxmışdir,  orta  yükləmə  sürəti  99,13  Mbps (DL),  orta  köçürmə  sürəti 23,48 Mbps (UL) qeyd edilmişdir.

Sabit genişzolaqlı internetin sürəti üzrə reytinqdə ölkəmiz iyul ayına nisbətən 3 pillə irəliləyərək 78-ci pilləyə qalxıb, orta yükləmə sürəti 92,77 Mbps (DL), orta köçürmə sürəti 93,75 Mbps (UL) qeyd edilmişdir.

Ookla şirkəti ölkələr üçün internet sürətləri üzrə avqust ayı hesabatı

Bakı şəhəri mobil internetin orta sürətinə görə 1 pillə irəliləyərək 78-ci yerə qalxmışdır, yükləmə sürəti 122,60 Mbps (DL), orta köçürmə sürəti 31,51 Mbps (UL) olmaqla qeyd edilmişdir.

Avqust ayında Bakı şəhəri sabit genişzolaqlı internetin orta sürətinə görə 194 şəhər arasında orta yükləmə sürəti 92,60 Mbps (DL),  orta köçürmə sürəti 93,73 Mbps (UL) olmaqla 1 pillə geriləyərək 116-cı yerdə qərarlaşmışdır.

ƏvvəlkiFED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb
NövbətiPrezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib