Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub

Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə mediaya Özbəkistanın Kazandakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, onların meyitləri məhkəmə-tibbi ekspertiza başa çatdıqdan sonra vətənlərinə göndəriləcək.

Qeyd edək ki, son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə PUA hücumu nəticəsində 13 nəfər həlak olub, 70-dən çox insan tibbi yardım üçün müraciət edib, 21 yaralı xəstəxanaya yerləşdirilib.

Tatarıstanda həlak olanlarla əlaqədar matəm elan edilib.

ƏvvəlkiDTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır
Növbəti“Comic Con Astana 2026” festivalını rekord sayda insan ziyarət edib