Pakistanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb

Pakistanın Hayber-Paxtunxva əyalətindəki polis bölməsi yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb, 20 nəfər isə yaralanıb.

“Report” “Dawn” qəzetinə istinadən xəbər verir ki, polis əməkdaşları bölmənin girişində onu saxlamağa və yoxlamağa cəhd etdikdən sonra kamikadze partlayıcı qurğunu işə salıb.

Qeyd olunub ki, partlayış həmin vaxt Svat vadisində terror fəaliyyətinin artmasına qarşı izdihamlı mitinqin keçirildiyi Kabal-Çouk meydanının yaxınlığında baş verib.

Daha əvvəl yeddi nəfərin öldüyü, 18 nəfərin isə xəsarət aldığı bildirilmişdi.

ƏvvəlkiAzərbaycan neftinin qiyməti 101 dollar olub
Növbətiİyulda Bakıda orta aylıq temperatur iqlim normasından yuxarı olub