Konfrans Liqası: “Zirə” Gürcüstan klubunu darmadağın edib

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə” və Gürcüstanın “Torpedo” komandaları arasında Sumqayıtda keçirilən ilk oyun başa çatıb.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər stadionunda oynanılan görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 32-ci dəqiqədə Ruan Renato açıb. Davit Volkov 47-ci dəqiqədə tablodakı rəqəmləri 2:0 edib. Matçda son nöqtəni penaltidən dublunu rəsmiləşdirən Ruan Renato qoyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda olacaq.

Əvvəlki“OpenAI” şirkəti yeni “GPT-5.6” süni intellekt modelini sabah ümumi istifadəyə verəcək
NövbətiZelenski: Prezident Trampla mövqeyimizi gücləndirə və sülhü yaxınlaşdıra biləcək bir neçə ideyanı müzakirə etdik