Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Konqres Mərkəzinə gəldi.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşıladı.


















































