Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir

Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir.

“Report”un Qərb bürosunun məlumatına görə, keçmiş vəkil Zabil Qəhrəmanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə cinayət işi açılıb.

Açılan cinayət işi ilə bağlı Gəncə şəhər Məhkəməsində hazırda məhkəmə prosesi keçirilir.

Xatırladaq ki, o, avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.

ƏvvəlkiBakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq konfrans keçirilib
NövbətiAzərbaycan hərbçiləri NATO təlimində iştirak edir